2019-cu ilin fevral ayında Bakıda Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyat məsələlərinə dair yüksək səviyyəli görüş keçiriləcək. Bunu Aİ-nin Bakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
“2019-cu ilin fevral ayında Bakıda nəqliyyat məsələləri üzrə Aİ ilə Azərbaycan arasında yüksək səviyyəli görüş keçiriləcək. Aİ-nin nümayəndə heyətinə Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey rəhbərlik edəcək ”, - K.Yankauskas bu gün jurnalistlərə bildirib.
Onun sözlərinə görə, görüş çərçivəsində nəqliyyat sahəsində əməkdaşlığın bütün spektri, həmçinin aviasiya sahəsində əməkdaşlığa dair saziş müzakirə olunacaq. Bundan başqa, Şərq-Qərb dəhlizi (Bakı-Tbilisi-Qars dəmir yolu) ilə sərnişinlərin daşınmasının təşkili danışıqların mövzusunun əsas komponetlərindən biri olacaq.
K.Yankauskas qeyd edib ki, nəqliyyatın inkişafı Aİ-dən Azərbacana turist axının artımına müsbət təsir göstərəcək. “2017-ci ildə 2,6 mln. nəfər Azərbaycan sərhədini keçib, bunların 100 min nəfəri – Aİ ölkələrindən olub. Onların arasında diplomatik missiya və Avropanın iri şirkətlərinin əməkdaşları yer alıb. Ai-dən turist axını faktiki olaraq çox aşağı səviyyədədir. Lakin Avropa İttifaqı Azərbaycana turist axının artmasında maraqlıdır”, - o qeyd edib. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət