Azərbaycan prezidenti İlham Əliyev Ankarada dəmir yolu qəzası nəticəsində çoxsayl insan tələfatı lə əlaqədar türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
“Ankarada baş vermiş dəmir yolu qəzası nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”, - Azərbaycan prezidentinin saytında dərc olunan başsağlığı məktubunda deyilir.
Cümə axşamı Ankarada Marşandiz dəmiryol stansiyasında iki qatarın toqquşması nəticəsində yerüstü piyada keçidi çöküb. Nəticədə, 7 nəfər həlak olub, 46 nəfər yaralanıb.
CNN telekanalının məlumatına görə, stansiyada keçidin bir hissəsi qatarın vaqonları üzərinə düşüb. İnternet şəbəkələrində yayılan videoçarxlarda göründüyü kimi, xilasedicilər və işçilər keçidin uçan metal parçaları altında sıxılmış halda qalan vaqonlardan sərnişinləri çıxarmağa yardım edirlər.
Toqquşmadan sonra qatarın iki vaqonu relsdən çıxıb, qəza yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət