Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqlar müəyyən vaxt aparacaq. Xarici işlər naziri Elmar Məmmədyarov belə hesab edir.
“Viza sadələşdirilməsi üzrə Saziş artıq bir neçə ildir ki, qüvvədədir. Bunun məntiqi davamı Aİ ilə viza rejiminin tam ləğvidir. Yəni viza rejiminin liberallaşdırılması anlamına gəlir. Amma bu müəyyən vaxt tələb edir”, - deyə nazir “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək istəyir.“Tərəfdaşlığımızın son ili Aİ ilə əməkdaşlıq gündəliyinin daha da irəli aparılması baxımından olduqca faydalı olub. Bu xüsusda, cari ilin 11 iyul tarixində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Aİ Şurasının prezidenti Donald Tusk tərəfindən Brüsseldə paraflanmış, 15 oktyabr tarixində isə Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin nazirlər görüşü çərçivəsində qəbul edilməsi rəsmiləşdirilən Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetləri sənədini vurğulamaq istərdim”, - deyə E.Məmmədyarov qeyd edib.
XİN başçısı vurğulayıb ki, Aİ və Azərbaycan arasında yeni hərtərəfli saziş ikitərəfli əməkdaşlığımızda mühüm mərhələni açacaq. “Danışıqlar prosesi hələ də davam edir və bunun vaxt tələb etdiyi təbiidir, çünki bizə və Aİ tərəfdaşlarımıza ciddi, keyfiyyətli saziş lazımdır. Bu saziş ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək və qarşılıqlı sahəvi tərəfdaşlığımızı uzun müddətdə möhkəmləndirəcəkdir. İnanırıq ki, bu saziş bərabərhüquqlu tərəfdaşlıq və birgə maraqlara əsaslanan strateji əhəmiyyətli sənəd olacaq. Bu saziş təkcə bizə deyil, eləcə də Aİ üzv ölkələrinə lazımdır”, - deyə o əlavə edib.
Xəbər verildiyi kimi, Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində Azərbaycanla saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.
Yeni sazişlə bağlı danışıqlara 2017-ci il fevralın 7-də başlanılıb.
11 iyul 2018-ci il tarixində Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri Sənədi imzalanıb.
Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottinger deyib ki, Brüssel və Bakı 2019-cu ildə strateji tərəfdaşlığa dair yeni sazişin imzalanmasına ümid edir.*
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət