2018-ci ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri $38,5 mlrd. təşkil edib, bu da ötən ilin əvvəlinə olan göstəricidən 7,6% çoxdur. Bunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov deyib.
“Neftin qiymətinin nəzərdə tutulandan daha yüksək olması nəticəsində ARDNF-nin 2018-ci il büdcəsində 6,2 mlrd. manat profisit yaranıb. Fondun aktivləri təqribən 7,6% artaraq 38,5 mlrd. dollara yüksəlib”, - Ş.Mövsümov “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2018-ci ildə ARDNF-in daşınmaz əmlak portfelində müştərək və fond investisiya strategiyaları üzrə ümumilikdə 5 yeni yatırım edilib, özəl səhm investisiyaları çərçivəsində isə beş yeni fonda investisiyalarla bağlı müqavilələr imzalanıb.
“Ötən il Neft Fondunun daşınmaz əmlak portfeli üzrə gəlirliliyi 9,9% təşkil edib. 2019-cu il üzrə olan müvafiq strategiyaya əsasən növbəti ildə Şimali Amerika, Avropa, Asiya və Sakit Okean hövzəsi regionlarında yerləşən bir sıra inkişaf etmiş ölkələrin müxtəlif tipli daşınmaz əmlak obyektlərinə birbaşa, müştərək və yaxud daşınmaz əmlak fondları vasitəsilə investisiyalar nəzərdə tutulur”, - Ş.Mövsümov qeyd edib.
2019-cu il üzrə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ortaçəkili həcmi 67,4 mlrd. manat səviyyəsində təsdiq edilib (cari məzənnə ilə $39,6 mlrd.).
2019-cu il ərzində Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli (investisiya portfelinin məcmu dəyərinin 55 faizi;məcmu dəyərinin 55%-i; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-i; daşınmaz əmlak portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri; qızıl portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət