2019-cu ilin yanvar ayında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8 mlrd. 75,9 mln. manatadək azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Hesabat ilində əhalinin xarici valyutada əmanətləri 3,5% - 5 mlrd. 47,9 mln. manatadək və ya bütün əmanətlərin 62,51%-i səviyyəsində azalıb (2018-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 62,48% təşkil edib).
2019-cu ilin yanvar ayında əhalinin milli valyutada əmanətlərinin həcmi 3,6% - 3,028 mlrd. manatadək (bütün əmanətlərin 37,49%-i) azalıb.
31 yanvar 2019-cu il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 mlrd. 290,7 mln. manat, qeyri-rezidentlərin – 785,2 mln. manat təşkil edir. Yanvar ayında rezidentlərin əmanətlərinin həcmi 4,2% azalıb, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 2,9% artıb.
Fevralın 1-nə banklarda əmanət və depozitlərin həcmi 21 mlrd. 978,1 mln. manat təşkil edir ki, bu da 2018-ci ilin sonuna olan göstəricidən 0,5% çoxdur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət