Azərbaycan prezidenti İlham Əliyev və İranın iqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd Bakı ilə Tehran arasında elektroenergetika sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Dövlət başçısının saytındakı məlumata görə, İ.Əliyev cümə günü Bakıda F.Dejpəsəndi qəbul edib.
“Görüşdə həmsöhbətlər elektroenergetika sahəsində də görülmüş işlər yüksək qiymətləndirdilər və bu sahədə əməkdaşlığın həm ikitərəfli, həm çoxtərəfli formatda inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar”, - məlumatda deyilir.
İ.Əliyev və F.Dejpəsənd nəqliyyat, energetika, sənaye, ticarət, sərmayə qoyuluşu, kənd təsərrüfatı, səhiyyə və digər sahələrlə bağlı müzakirə olunan məsələlərin gözəl nəticələr verdiyini qeyd ediblər. “Eyni zamanda, ticarət dövriyyəsinin artırılması istiqamətində atılacaq addımlar müzakirə olundu”, - məlumatda bildirilir.
Görüşdə həmsöhbətlər Neftçalada müasir avtomobil zavodunun işə düşməsindən məmnunluq ifadə ediblər. Həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin fəaliyyətə başlaması mühüm hadisə kimi dəyərləndiriblər.
F.Dejpəsənd Azərbaycan-İran hökumətlərarası birgə komissiyasının həmsədridir. **
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət