Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla danışıqlar aparmağa məhkumdur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“Cənab Paşinyan dərk etməlidir ki, millətçi təxribatçılar tərəfindən danışıqlar prosesini təzyiqi altında tutan tərəf uduzacaq. Buna görə də onun (Paşinyanın – İF) Azərbaycanla ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparmaq başqa seçimi yoxdur”, -bəyanatda deyilir.
XİN qeyd edir ki, Ermənistan rəhbərliyi bu istiqamətdə ardıcıl və dönməz şəkildə nə qədər sürətlə irəliləməyə başlasa, o qədər də tez erməni xalqı qonşuları ilə sülh şəraitində davamlı inkişaf yoluna qədəm qoya biləcək.
“Növbəti dəfə Ermənistan tərəfinə xatırladırıq ki, BMT Nizamnaməsinin 25-ci maddəsinə uyğun olaraq, bütün üzv ölkələr Təhlükəsizlik Şurasının qərarlarını yerinə yetirməlidirlər. Bu müddəaya Ermənistan tərəfindən əməl edilməyəcəyi təqdirdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə istinadən Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa edəcəyindən Ermənistan rəhbərliyi heç bir şübhə etməsin", - Azərbaycan XİN-in bəyanatında deyilir.
XİN qeyd edir ki, Ermənistanın təcavüzkar siyasətinin davam etməsi və hərbi işğala əsaslanan mövcud status-kvo vəziyyətinin möhkəmlənməsinə yönəlik addımları, o cümlədən bu ölkə rəhbərliyinin son dövrdə səsləndirdiyi anneksionist bəyanatlar əsasən daxili auditoriyaya yönəlmiş olsalar belə, bölgədə vəziyyətin kəskinləşməsinə xidmət etdi. “Onlar, beynəlxalq hüququn açıq şəkildə tapdalanması ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə beynəlxalq vasitəçilərin uzun illər apardığı səylərini demək olar ki, şübhə altına alan çox təhlükəli bir gərginlik yaratdı”, - bəyanatda vurğulanır.
XİN bildirir ki, Azərbaycan hökuməti Ermənistan rəhbərliyinin məsuliyyətsiz ritorikasını münaqişənin həlli üzrə danışıqlar prosesini pozmaq cəhdi kimi dəyərləndirərək, bununla bağlı vaxtında qəti etirazını bildirdi və məsələ beynəlxalq təsisatların diqqətinə çatdırıldı. Xüsusilə, Azərbaycanın xarici İşlər naziri tərəfindən BMT və ATƏT-in Baş katiblərinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə, eləcə də Minsk qrupu üzv ölkələrinin xarici işlər nazirlərinə məktublar ünvanlanıb. Xarici İşlər Nazirliyi tərəfindən, həmçinin Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatının bütün üzv dövlətlərinə bu xüsusda eyni məzmunlu notalar ünvanlandı.
“Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz şərhlərində mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edərək, verilən bəyanatların münaqişənin dinc yolla nizamlanmasına yönəldilmiş ümumi səylərin kontekstinə uyğun gəlməli və həssas danışıqlar prosesində tarazlığın pozulmasına gətirməməli olduğunu bəyan etdi. ABŞ-ın Azərbaycandakı səfiri Ermənistan Baş nazirinin bəyanatına münasibət bildirərək, şiddəti təbliğ edən və gərginliyi artıran ritorikadan uzaq olmağa və tərəfləri dialoq prosesinə diqqət yetirməyə çağırdı”, - bəyanatda bildirilir.
XİN qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üzrə Minsk Qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə uzun illərdir ki, aparılan danışıqların mahiyyətini münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq təşkilatların qərar və qətnamələri, ilk növbədə isə BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin təmin edilməsi təşkil edir.
Nazirlik vurğulayır ki, Azərbaycan tərəfi hər zaman israrla bəyan edir ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin statusu yalnız bu ərazilərdən didərgin salınmış azərbaycanlı icmanın Dağlıq Qarabağdakı doğma evlərinə təhlükəsiz və ləyaqətli geri dönüşü təmin olunduqdan sonra hər iki icmanın iştirakı ilə birgə baxıla bilər.
“Məlumdur ki, Ermənistan tərəfi münaqişənin tənzimlənməsi ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələr, eləcə də, ATƏT-in Minsk qrupu həmsədrlərinin mandatı ilə yaxından tanışdır. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə nəinki xidmət etmir, əksinə münaqişənin həlli istiqamətində aparılan sonuncu müzakirələrin mahiyyəti ilə ziddiyyət təşkil edir və danışıqlar prosesinin məhv edilməsinə yönəlib”, - bəyanatda deyilir.**
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət