Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) “Horizon 2020” proqramının rəsmi internet səhifəsində yerləşdirilmiş və Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi xəritəyə proqramın Baş Direktorluğu tərəfindən düzəliş edilməsinə nail olub.
“Bir müddət əvvəl, Avropa İttifaqının “Horizon 2020” proqramının rəsmi internet səhifəsinin “ölkə profilləri” hissəsində yerləşdirilmiş xəritədə Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinin “Nagorno-Karabakh Republic” adı altında ayrıca beynəlxalq subyekt kimi göstərildiyi, beləliklə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı kobud və məkrli təxribatçı yanaşmanın nümayiş etdirildiyi müəyyən olunub”, - deyə XİN-in şərhində bildirilir.
Bununla əlaqədar olaraq, Azərbaycan tərəfindən sözügedən təxribatın aradan qaldırılması məsələsi Aİ-nin “Horizon 2020” proqramının icraçı qurumunun diqqətinə çatdırılıb və təcili tədbirlər görülməsi tələb edilib.
“Nəticədə “Horizon 2020”nin internet səhifəsində yerləşdirilmiş yanlış “xəritə” qurum tərəfindən yığışdırılıb. Aİ nümayəndəsi sözügedən məsələnin aidiyyəti Baş Direktorluqla araşdırıldığını və yaranmış vəziyyətin sırf həmin saytın tərtibatında iştirak etmiş texniki heyətin diqqətsizliyi səbəbindən irəli gəldiyini qeyd edib”, - deyə XİN-in açıqlamasında vurğulanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət