Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə İrəvanı yalan bəyanatlardan çəkinərək real addımlar atmağa çağırır. Bunu Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Ermənistan tərəfi yalan bəyanatlar əvəzinə münaqişənin həlli məsələsində vacib addımlar atmalı, xüsusilə işğal olunan torpaqları azad etməli və qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır”, - Hacıyev cümə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, münaqişənin həlli “demaqoqluq və populizm üçün mövzu olmamalıdır”.
“Ermənistan – işğalçı ölkədir. İlk növbədə, Ermənistan münaqişənin həlli üçün BMT-nin qətnamələrinə riayət etməlidir. O cümlədən, gələcəkdə konstruktiv və səmimi danışıqlar apardıqlarını bəyan etmələri üçün işğal olunmuş ərazərdə qanunsuz fəaliyyəti dayandırmalıdır”, - Hacıyev vurğulayıb.
O əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan vaxtaşırı cəfəng bəyanatlarla çıxış edir. “Soljenitsini faşist Qaregin Njde ilə müqayisə edən şəxsdən nə gözləmək olar?”, - Hacıyev qeyd edib. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət