2019-cu ildə Azərbaycanda 2,36 min ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2018-ci illə müqayisədə avtomobil istehsalı 2,4 dəfə artıb. Bu artım 2018-ci ilin aprel ayında Azərbaycanda minik avtomobillərinin istehsalnın bərpa olunması ilə əlaqədardır”, - deyə məlumatda bildirilir.
2019-cu ilin yanvar ayında 89 ədəd, fevral ayında 87 ədəd, mart ayında 107 ədəd, aprel ayında 153 ədəd, may ayında 490 ədəd, iyun ayında 186 ədəd, iyul ayında 192 ədəd, avqust ayında 192 ədəd, sentyabr ayında 192 ədəd, oktyabr ayında 200 ədəd, noyabr ayında 192 ədəd, dekabr ayında 288 ədəd avtomobil istehsal olunub.
1 yanvar 2020-ci il tarixinə anbarlarda 175 ədəd minik avtomobili var.
2019-cu ildə Azərbaycanda 905 ədəd müxtəlif təyinatlı traktor (azalma 30,5%) istehsal olunub. 2020-ci il yanvarın 1-nə anbarlarda 289 ədəd traktor var.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət