"PAŞA Bank” 2019-cu ildə aktivlərini 1,5% - 4 mlrd. 767,45 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın 31-nə bankın kredit portfeli 1 mlrd. 799,033 mln. manat (artım 36,2% - İF) təşkil edib.
Bundan başqa, aktivlərin strukturunda 1 mlrd. 96,496 mln. manat (azalma 23,9%) satış üçün nəzərdə tutulmuş investisiya qiymətli kağızlarının payına düşür.
Hesabat dövrünün sonuna “PAŞA Bank”ın öhdəlikləri 4 mlrd. 291,682 mln. manata (artım 0,3%) bərabərdir.
Bu dövrdə bankda müştəri hesabları 3 mlrd. 585,524 mln. manat (azalma 8,6%) təşkil edir.
2019-cu ilin sonuna bankın kapitalı 475,768 mln. manata (artım 13,8%), nizamnamə kapitalı 333 mln. manata (dəyişməyib) bərabərdir.
“PAŞA Bank” 2019-cu ili 65,04 mln. manat məbləğində xalis mənfəətlə (2018-ci illə müqayisədə azalma 15,6% - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ən iri özəl bankıdır. Bankın səhmdarları 2 hüquqi və 1 fiziki şəxsdir. Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət