Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2020-ci ilin əvvəlindən valyuta hərraclarında $1,8 milyard məbləğində xarici valyuta satıb və ilin sonunadək daha $5 milyard satmağı planlaşdırır.
“ARDNF dövlət büdcəsinə transfertlərlə (11,56 milyard manat) bağlı öhdəliklərini yerinə yetirmək üçün cari ildə valyuta hərraclarında $6,8 milyard satmağı planlaşdırır”, - deyə fonddan “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Cari ilin əvvəlindən hərraclarda $1,8 milyard və ya 3,08 milyard manat məbləğində xarici valyuta satılıb.
“Beləliklə, 2020-ci ilin sonunadək hərraclarda təxminən $5 milyard məbləğində xarici valyutanın satışı nəzərdə tutulur ki, bu da valyuta bazarında tələbin təmin edilməsi üçün kifayət qədər böyük təklifdir”, – deyə məlumatda qeyd olunur.
Son günlər dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması fonunda Azərbaycanda xarici valyutaya tələbin artması müşahidə olunub. 10-12 mart tarixlərində banklara $699 milyon satılıb.
Cari ilin yanvar-fevral aylarında valyuta hərraclarında $843,6 milyon məbləğində xarici valyuta satılıb.
Hazırda ARDNF valyuta hərraclarında xarici valyutanın əsas satıcısı kimi çıxış edir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət