Azərbaycan beynəlxalq ictimaiyyətdən BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası üzrə təsirli addımlar atılmasını gözləyir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“Bu gün Azərbaycanın işğal olunmuş ərazilərində demoqrafik, mədəni və fiziki xüsusiyyətləri dəyişdirmək məqsədilə məqsədyönlü fəaliyyət aparılır. Bu cür hərəkətlər, o cümlədən qondarma “seçkilər” beynəlxalq hüquq normalarının və müvafiq beynəlxalq konvensiyaların açıq şəkildə pozulması deməkdir. Aydındır ki, bu cür siyasət və təcrübələr heç bir halda münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədləri ilə uzlaşmır və geniş beynəlxalq ictimaiyyətin BMT Nizamnaməsində təsbit edilmiş qaydalara əsaslanan dövlətlərarası münasibətlərin norma və prinsiplərinə uyğun olaraq təxirəsalınmaz tədbirlər görməsini tələb edir”, - deyə E.Məmmədyarov “The London Post” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən davam edən hərbi işğal və Azərbaycan ərazilərinin etnik təmizlənməsi fonunda Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “seçkilər”in keçirilməsi Azərbaycan Konstitusiyasının açıq şəkildə pozulmasıdır.
“Əvvəllər olduğu kimi, bu dəfə də beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “seçkilər”i qəti şəkildə rədd edib və bu “seçkilər”in qeyri-legitimliyini elan edib. Bu sırada Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, NATO, Türk Şurası, GUAM, TÜRKPA və digər beynəlxalq təşkilatların, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinin və çoxsaylı dövlətlərin verdikləri ayrı-ayrı bəyanatları qeyd etməliyik”, - deyə nazir vurğulayıb.
E.Məmmədyarov əlavə edib ki, bu qanunsuz hərəkətləri pisləmək kifayət deyil. “Bu bəyanatlara uyğun hərəkət etmək lazımdır. Yəni, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin icrası vacibdir. Azərbaycanın səyləri bunun üçündür və bu, regionda davamlı sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün lazımdır”, - deyə XİN başçısı qeyd edib.
O əlavə edib ki, Azərbaycanın beynəlxalq münasibətlərin aparıcı iştirakçılarından gözləntisi BMT Təhlükəsizlik Şurasının tələblərinin icrası ilə bağlıdır.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət