Qarabağ məsələsinin Azərbaycan üçün "ərazi güzəştləri"ni nəzərdə tutan həlli Ermənistan üçün qəbuledilməzdir. Bunu Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün Yerevanda keçirdiyi mətbuat konfransında RF XİN başçısı Sergey Lavrovun sözlərini şərh edərkən deyib.
"Rusiyalı həmkarım Sergey Lavrovun bəyanatında çoxsaylı sənədlərə istinadlar var idi. Söhbət, həmçinin son iki ildə müzakirə olunan sənəddən də gedib. Bu cür yanaşma və təkliflər 2014 və 2016-cı illərdə də olsa, Ermənistan tərəfi üçün qəbuledilməz olub", - deyə Mnatsakanyan bildirib.
Daha əvvəl S.Lavrov qeyd etmişdi ki, Qarabağ münaqişəsinin həlli çərçivəsində “Madrid prinsipləri”, Rusiyanın 2010-2011-ci illərdə hazırladığı sənədlər, mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməni nəzərdə tutan Kazan sənədi var. Bu sənədlər nizamlanmanın ilk mərhələsində ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların blokadadan çıxarılmasını nəzərdə tutur.
“Ötən ilin aprelində Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşündə həmsədrlərin iştirakı ilə hazırlanaraq yayılan layihələr hazırda fəal şəkildə müzakirə olunur”, - deyə S.Lavrov Qorçakov adına İctimai Diplomatiya Fondunun nümayəndələri ilə "dəyirmi masa" zamanı bildirib.
“Bu sənədlərin imzalanmasına qərar verilməsi müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasında vacib addım olacağına əminəm. Razılığa gəlinməsinə başlanılıb, indi isə razılığa gəlmək lazımdır. Biz ATƏT-in Minsk qrupunun həmsədrləri kimi məhz buna çalışırıq”, - deyə o vurğulayıb.
Ermənistan XİN başçısı deyib ki, 2018-ci ildən Qarabağ məsələsi ilə bağlı müzakirələr tərəflərin ayrı-ayrı elementləri qiymətləndirməsi ilə məhdudlaşıb.
"Biz təhlükəsizlik amilinin prioritet olduğu yanaşmalardan danışırıq. Lavrovun bəyanatında söhbətin getdiyi ərazilər təhlükəsizlik zonası və müdafiə xəttidir. Heç kəs güman edə bilməz ki, buna yenidən baxıla bilər və Qarabağ xalqının təhlükəsizliyi şübhə altına qoyula bilər, heç kəs güman edə bilməz ki, kimsə güzəştə gedə və təhlükəsizliyi təhdid altında qoya bilər", - deyə Mnatsakanyan bildirib.
Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərində öz müqəddəratını təyin etmə prinsipi var ki, bu da danışıqlar prosesində prioritetdir.
"Öz müqəddəratını təyin etmə prinsipi ifadəsi statusun dəqiqləşdirilməsi, öz iradəsini azad şəkildə ifadə etmək hüququ deməkdir. Sülh yolu ilə nizamlanma qarşılıqlı güzəştlər əsasında mümkündür, Ermənistan tərəfindən birtərəfli güzəştlər xüsusilə də təhlükəsizliyə təhdidin indi də real olduğu bir vaxtda heç vaxt olmayacaq. Heç bir qərar Qarabağ xalqı olmadan qəbul edilə bilməz. Lavrov öz mövqeyini, mən isə öz mövqeyimi ortaya qoymuşam", - deyə erməni nazir bəyan edib.
O əlavə edib ki, sülh prosesinin alternativi yoxdur.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət