2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% artaraq 8 milyard 828,5 mln. kVt·st olub. Bu barədə Energetika Nazirliyindən məlumat verilir.
Apreldə 1 milyard 823,6 mln. kVt·st elektrik enerjisinin istehsal olunub.
Operativ məlumatlara əsasən, cari ilin yanvar-aprel aylarında elektrik enerjisinin istehsalı İES-lərdə 8 milyard 435,2 mln. kVt·st, SES-lərdə 341,8 mln. kVt·st (azalma 23%) təşkil edib.
Yanvar-aprel aylarında alternativ mənbələr hesabına elektrik enerjisinin istehsalı 119,7 1mln. kVt·st təşkil edib (azalma 0,7%). Xüsusilə, külək elektrik stansiyalarında 34,5 mln. kVt·st, günəş elektrik stansiyalarında 13,4 mln. kVt·st, Bərk məişət tullantılarının yandırılması zavodunda 71,8 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
Elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 7 milyard 985,8 mln. kVts təşkil edib, bu da Azərbaycanda elektrik enerjisinin bütün istehsalının 89,8%-dir. Müstəqil Elektrik Stansiyaları üzrə elektrik eistehsalının həcmi 796,8 mln. kVt·st təşkil edib. Qalan həcm, Naxçıvan Muxtar Respublikası daxil olmaqla, digər enerji obyektlərinin payına düşüb.
Bundan başqa, 2020-ci ilin yanvar-aprel ayları ərzində elektrik enerjisinin ixracı 500,6 mln. kVt·st olmaqla, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 116,4 mln. kVt·st azalıb.
Bu dövr ərzində elektrik enerjisinin idxalı 7,5 mln. kVt·st - 44,7 mln. kVt·st-dək azalıb. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət