2018-ci ildə Ermənistanda baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində Yerevan tərəfindən kiçik və böyük təxribatlarla müşayiət olunan yeni və çox destruktiv mərhələ başlayıb. Bu sözləri xarici işlər naziri Ceyhun Bayramov deyib.
"Yalnız bəzi məqamlar artıq ondan xəbər verir ki, Ermənistanın əsas məqsədi danışıqlar prosesini pozmaq və qeyri-qanuni yolla status-kvonun qorunub saxlanılmasına nail olmaqdır. 2019-cu ildə Paşinyanın səsləndirdiyi "Artsax (Qarabağ) Ermənistandır və nöqtə" bəyanatı danışıqlar prosesinin pozulması istiqamətində mühüm addım olub və bu, açıq təxribat idi. Bundan sonra Ermənistanın müdafiə naziri ölkəsinin yeni konsepsiyasını - "yeni ərazilər üçün yeni müharibə" konsepsiyasını bəyan edib və bu, dövlətin rəsmi mövqeyidir. Bu da danışıqlar prosesinin pozulmasına yönəlmiş addımdır", - deyə Bayramov bu gün bildirib.
O vurğulayıb ki, Ermənistanın mövqeyinə görə danışıqlar prosesi hazırda iflic vəziyyətdədir.
"Lakin beynəlxalq ictimaiyyət Yerevanın təxribatlarına lazımi reaksiyanı vermədi və bunun nəticəsi olaraq biz daha ağır nəticələrin şahidi olduq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq, Azərbaycan Silahlı Qüvvələri mülki əhali ilə müharibə aparmır, mülki obyektləri hədəfə almır və Azərbaycan Ordusunun bütün fəaliyyəti Cenevrə Konvensiyasına uyğundur.
"Həmçinin çox mühüm bir məqam var ki, Azərbaycana qarşı bütün hərbi əməliyyatlar və təxribatlar bütün ölkələr tərəfindən və beynəlxalq səviyyədə tanınmış işğal altında olan Azərbaycan ərazisində həyata keçirilir. Buna görə də neytral xarakter daşıyan və ya münaqişənin hər iki tərəfinə eyni çağırışları əks etdirən bütün müraciətləri ədalətsiz hesab edirik. 30 ildir ərazisi işğal altında olan dövlətə və işğalçı dövlətə eyni çağırışlar heç bir səmərə vermədi. Bunun fonunda qarşı tərəf cəzasızlığını görür, ona görə də heç bir təzyiq görmədən təxribatlarını davam etdirir və insanları öldürməkdə davam edir", - deyə Bayramov bildirib.*
B.Rüstəmbəyov
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət