Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistana dezinformasiya yaymaq əvəzinə Azərbaycan torpaqlarının işğalına son qoymağı məsləhət görüb.
Hacıyev İsrailin "i24 NEWS" kanalına müsahibəsində üçüncü ölkələrin Qarabağ münaqişəsində iştirak etmədiyini, münaqişənin tərəflərinin yalnız Ermənistan və Azərbaycan olduğunu qeyd edib.
“Azərbaycanla Türkiyə arasında çoxillik strateji əməkdaşlıq mövcuddur, bundan əlavə, bizi qardaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz müdafiə sahəsində əməkdaşlıq edir, qoşunlarımız mütəmadi olaraq birgə təlimlər keçirir. Qeyd etmək istəyirəm ki, üçüncü ölkələr bu münaqişəyə heç bir şəkildə cəlb olunmayıb. Bu, diqqəti yayındırmağa və münaqişənin genişlənməsinə çalışan Ermənistanın təbliğatıdır”, - deyə Hacıyev Azərbaycanın Türkiyə tərəfindən dəstəklənməsini şərh edərkən bildirib.
Ermənistan hərbi hava qüvvələrinin “Su-25” təyyarəsinin vurulması məsələsinə toxunan Hacıyev təyyarənin Türkiyəyə məxsus qırıcı tərəfindən vurulması ilə bağlı erməni tərəfinin iddialarının növbəti dezinformasiya olduğunu vurğulayıb.
“Biz bütün radar sistemlərimizi, o cümlədən hərbi sistemlərimizi yoxladıq - Ermənistan ərazisindən bircə dəfə də olsun “Su-25” təyyarəsinin havaya qalxması qeydə alınmayıb. Bəs ölən pilot hanı? Bu, Ermənistan tərəfinin növbəti gülünc və axmaq dezinformasiyasıdır. Ermənistan bu cür dezinformasiyalar yaymaq əvəzinə qoşunlarını geri çəksin və Azərbaycan torpaqlarının işğalına son qoysun”, - deyə o əlavə edib.
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət