Almaniyanın xarici işlər naziri Heiko Maasın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə çağırış və Bakıya təzyiq göstərilməsi barədə açıqlaması dərin təəssüf və ciddi təəccüb doğurur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyan edir.
XİN-in bəyanatında deyilir ki, “birtərəfli qaydada atəşkəsə çağırışlar münaqişənin köklü həllinə deyil, Azərbaycan ərazilərinin işğalına əsaslanan status-kvonun saxlanmasına xidmət edir”.
“Bundestaq deputatlarından biri haqlı olaraq Almaniya Xarici İşlər nazirinə “atəşkəs problemin həlli deyil” - deyə sualla müraciət edib. İşğalçı dövlət olan Ermənistana təzyiq göstərilməlidir. Almaniyanın da üzvü olduğu Minsk Qrupunun 30 ilə yaxın davam edən fəaliyyəti atəşkəsin davamlı sülhə çevrilməsinə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmasına və Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasına xidmət etməmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması barədə tələblərinin həyata keçirilməsi üçün hər hansı ciddi tədbirlər görülməmişdir”, - məlumatda vurğulanır.
Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq prioritetləri sənədində Aİ-nin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsbit olunmuşdur. Aİ-nin aparıcı ölkəsi olan Almaniya sanki bu sənəddən xəbərsizdir.
“Beləliklə, atəşkəs çağırışları BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin tələblərinə uyğun olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən konkret qrafik əsasında çıxarılmasını nəzərdə tutan planla müşayiət olunmalıdır. Yalnız bu halda atəşkəs davamlı sülhə çevrilə bilər. Vurğulayırıq ki, Azərbaycan öz ərazilərində Ermənistanın təcavüzünə cavab olaraq əks həmlələr həyata keçirir. Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması və işğala son qoyulması Azərbaycan xalqının haqlı tələbidir”, - məlumatda qeyd olunur.
XİN indiki şəraitdə Azərbaycana hər hansı təzyiqlərin göstərilməsi barədə açıqlamanı ədalətsiz və haqsız hesab edir.
“Əksinə, Almaniyanı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını təmin etmək üçün Ermənistana təzyiqlər göstərməyə, ədalətli mövqe tutmağa çağırırıq”, - XİN məlumat verir. **
X.Nəsirzadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət