Rəsmi Bakı ATƏT-in Minsk qrupunun himayəsi altında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları davam etdirməyə hazırdır. Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyi hər zaman ardıcıl olub və beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Azərbaycan həmişə onların həyata keçirilməsi üçün ATƏT-in Minsk qrupu formatında danışıqlara hazır olduğunu bildirib”, – deyə açıqlamada bildirilir.
XİN qeyd edir ki, 30 ilə yaxın bir müddətdə Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququ, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, Azərbaycana qarşı silahlı təcavüz həyata keçirir.
“Otuz ilə yaxın siyasi həll prosesi, habelə Azərbaycanın bu prosesə sadiqliyindən sui-istifadə edən Ermənistan bu torpaqların ilhaq edilməsi məqsədilə Azərbaycan ərazilərinin işğalı nəticələrini möhkəmləndirmək üçün ardıcıl addımlar atıb. Yüksək səviyyəli Ermənistan rəsmilərinin açıq bəyanatlarına əsasən, hərbi əməliyyatlar başlayandan bəri Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan ermənilərin əksəriyyəti bu əraziləri tərk edərək Ermənistana köçüblər. Azərbaycan tərəfi dəfələrlə ərazidə qalanlara hərbi obyektlərdən uzaq durmağa və hərbi əməliyyatlarda iştirak etməkdən çəkinməyə çağırışlar edib, çünki bu, onların mülki statusuna xələl gətirərək, onları döyüşçü statusuna çevirə bilər. Bundan əlavə, qeyd etmək lazımdır ki, Ermənistanın Azərbaycan Silahlı Qüvvələrinə qarşı apardığı hərbi əməliyyatlarda muzdlulardan və xarici terrorçu döyüşçülərdən istifadə etdiyi, o cümlədən müxtəlif beynəlxalq media mənbələri tərəfindən geniş sənədləşdirilib”, - deyə açıqlamada vurğulanır.
Ermənistan hərbi cinayətləri və insanlığa qarşı cinayətləri meydana gətirən yuxarıda qeyd olunan qanunsuz əməllərini ört-basdır etmək üçün beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə həyasızcasına Azərbaycanı eyni ittihamla günahlandırır və bu məqsədlə kütləvi saxta xəbər kampaniyasını aparır. Ermənistanın öz iddialarını əsaslandırmaq üçün təqdim etdiyi video və foto materiallarının peşəkar təhlili bunların hamısının əvvəlcədən hazırlanmış saxtalaşdırmalardan başqa bir şey olmadığını sübut edir. Azərbaycan tərəfi Ermənistanın bu əsassız ittihamlarını bir daha qətiyyətlə rədd edir və beynəlxalq ictimaiyyətə müraciət edərək Ermənistanın Azərbaycana qarşı qarayaxma kampaniyası ilə cinayətlərini ört-basdır etmək cəhdlərinə qarşı diqqətli olmalarını xahiş edir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət