İqtisadiyyat Nazirliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in 3,4% artacağını proqnozlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
Xəbər verildiyi kimi, İqtisadiyyat Nazirliyinin 2021-ci il üçün iqtisadi inkişafla bağlı hazırladığı 3 proqnoz ssenarisinə əsasən, Azərbaycanda ÜDM dünya bazarlarında neftin qiymətindən asılı olaraq 3%-dən 3,8%-ə qədər artacaq.
“Nazirliyin yenilənmiş proqnozlarına əsasən, 2021-ci ildə ÜDM-in real ifadədə 3,4% artaraq 75,8 milyard manata çatacağı proqnozlaşdırılır. Gələn il qeyri-neft sektorunda ÜDM 3,1%, neft sektorunda ÜDM 4% artacaq”, - deyə məlumatda bildirilir.
İqtisadiyyat Nazirliyi 2020-ci ildə ÜDM-in real ifadədə 4% azalaraq 71,8 milyard manat olacağını proqnozlaşdırır, qeyri-neft ÜDM-i 2,9%, neft ÜDM-i 5,8% azalacaq.
2020-ci ilin yekunları üzrə orta illik inflyasiyanın 2,8% (2019-cu ildə 2,6%), 2021-ci ildə isə 3% səviyyəsində olacağı proqnozlaşdırılır.
Daha əvvəl Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə ÜDM-in dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2,9%-4,3% azalacağını proqnozlaşdırırdı.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət