Prezident İlham Əliyev Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsini təsdiq edib.
Sənəd dövlət başçısının saytında dərc olunub.
2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat (2020-ci ilin proqnozu ilə müqayisədə artım 5,4%), xərcləri 28 milyard 543 milyon manat məbləğində (artım 3,8%) təsdiq edilib.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3 milyard 116 milyon manat məbləğində (ÜDM-in 4,1%-i) təsdiq edilib.
2021-ci il dövlət büdcəsinin gəlirləri neftin 1 barelinin qiyməti $40 olmaqla (2020-ci il üçün $35) hesablanıb.
Dövlət büdcəsinin gəlirlərinin 54,2%-i və ya 13 milyard 776 milyon manatı neft sektorunun, 45,8%-i və ya 11 milyard 651 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. 2020-ci ilin proqnozu ilə müqayisədə qeyri-neft sektorunun gəlirləri 15% çox olacaq.
2021-ci il dövlət büdcəsi gəlirlərinin 7 milyard 250 milyon manatı (2020-ci illə müqayisədə artım 1%) və ya 28,5%-i Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 3,9 milyard manatı (artım 1,8%) və ya 15,3%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 12 milyard 200 milyon manatı (dəyişməz qalıb) və ya 48%-i Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 3,5%-i Dövlət borcu və zəmanəti üzrə öhdəliklərinTəminat Fondundan transfertin, 1%-i Mərkəzi Bankın mənfəətindən ayırmaların, 2,7%-i büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 1%-i isə sair gəlirlərin payına düşəcək.
Dövlət büdcəsinin sosialyönlü xərcləri 11 milyard 111,9 milyon manat məbləğində (artım 5,3%) proqnozlaşdırılıb ki, bu da büdcə xərclərinin 38,9%-ni təşkil edir.
Növbəti ilin dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 63,1%-i həcmində və ya 18 milyard 14 milyon manat, əsaslı xərclərə 29,2%-i həcmində və ya 8 milyard 330,3 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 7,7%-i həcmində və ya 2 milyard 198,8 milyon manat vəsait yönəldiləcək. 2020-ci illə müqayisədə dövlət borcuna xidmətlə bağlı xərclər 27,4% artacaq.
2020-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 24 milyard 124 milyon manat, xərcləri üzrə proqnoz 27 milyard 492,2 milyon manat təşkil edir, kəsir 3 milyard 368,2 milyon manat və ya ÜDM-in 4,9%-i səviyyəsində proqnozlaşdırılır.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət