2021-ci ilin birinci rübündə "Bank Avrasiya" aktivlərini 1% - 158,162 milyon manatadək azaldıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə bankdan məlumat verilib.
31 mart 2021-ci il tarixinə bankın kredit portfeli 113,056 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,4% - İF) təşkil edib. Həmçinin, istehlak kreditləri 7,483 milyon manat (azalma 0,2%), biznes kreditləri – 62,806 milyon manat (azalma 1,9%) həcmində qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 86,689 milyon manat (azalma 2,1%) təşkil edir.
Birinci rübün sonuna bankda depozitlər 41,084 milyon manata (azalma 6,7%), həmçinin əhalinin əmanətləri – 33,912 milyon manata (azalma 4,7%) bərabərdir.
31 mart 2021-ci il tarixinə “Bank Avrasiya”nın kapitalı 71,473 milyon manat (artım 0,5%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
Birinci rübün yekunları üzrə bankın xalis mənfəəti 350,59 milyon manat təşkil edib (2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 4,7%).
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət