Azərbaycan və İran neft-qaz və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
“Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayev mayın 30-da İrana səfəri çərçivəsində İranın neft naziri Bijən Namdar Zəngənə, yollar və şəhərsalma naziri Məhəmməd Eslami və Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə danışıqlar aparıb”, - deyə Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında bildirilir.
Ş.Mustafayevin İranın neft naziri Bijən Namdar Zəngənə ilə görüşündə Azərbaycan ilə İran arasında neft-qaz sahəsində əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib. Tərəflər qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduqlarını ifadə ediblər.
İranın yollar və şəhərsalma naziri Məhəmməd Eslami ilə görüş əsnasında iki ölkə arasında nəqliyyat sahəsində birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. Tərəflər Azərbaycanla İran arasında ticarət dövriyyəsinin cari ilin dörd ayında 27% artdığını məmnunluqla qeyd ediblər. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə yükdaşımaların həcminin 19% artdığı vurğulanıb. Eyni zamanda, dəhlizin hissəsi olan Astaraçay çayı üzərində yeni avtomobil körpüsünün inşası ilə əlaqədar məsələlərə dair fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Baş nazirin müavini Azərbaycan ərazilərinin işğaldan azad olunması ilə regionda yeni reallıqların yarandığını xüsusi vurğulayıb. Qeyd olunub ki, nəqliyyat yollarının və kommunikasiyaların açılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq və regionda inkişaf üçün böyük perspektivlər yaradacaq.
İran İslam Respublikası Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi ilə görüşdə iki ölkə arasında siyasi, iqtisadi-ticari, energetika, neft-qaz, İKT, kənd təsərrüfatı, səhiyyə, humanitar və bir çox digər sahələrdə uğurlu əməkdaşlıq yüksək qiymətləndirilib. Azərbaycan ilə İranın bir sıra beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsində birgə fəaliyyət göstərməsindən məmnunluq ifadə edilib. Görüşdə iki ölkə arasında qarşılıqlı əlaqələrin perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb”, - deyə məlumatda bildirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət