“AFB Bank” 2021-ci ilin I yarısında aktivlərini 7,8% - 259 milyon 396,84 min manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İyunun 30-na bankın kredit portfeli 162 milyon 415,57 min manata (2020-ci il dekabrın 31-nə olan göstərici ilə müqayisədə azalma 10,9% - İF), istehlak kreditləri 23 milyon 592,83 min manata (azalma 15%), biznes kreditləri 95 milyon 95,77 min manata (azalma 16,2%) bərabərdir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 174 milyon 37 min manat (azalma 14,8%) təşkil edir. İyul ayının əvvəlinə bankda depozitlər 89 milyon 730,77 min manat (azalma 18,9%), fiziki şəxslərin əmanətləri 24 milyon 546,21 min manat (azalma 34,2%) məbləğindədir.
Hesabat dövrünün sonuna “AFB Bank”ın kapitalı 85 milyon 359,85 min manat (artım 10,7%), nizamnamə kapitalı 70 milyon 393,455 min manat (dəyişməyib) təşkil edib.
Hesabat dövrünün yekunları üzrə bankın xalis mənfəəti 8 milyon 183,252 min manat (2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə artım 2,5 dəfə - İF) təşkil edib.
“AFB Bank” 2008-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb və aktivlərin həcminə görə ölkənin 20 aparıcı bankı sırasına daxildir. Bankın səhmdarları 3 fiziki şəxsdir.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət