Sentyabrın 24-də xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Fransanın Avropa və xarici işlər naziri Jan-İv Lö Drian ilə görüşüb.
“Görüşdə nazirlər Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti barədə ətraflı fikir mübadiləsi aparıb, münasibətlərin xüsusilə siyasi, iqtisadi və humanitar sahələrdə inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğunu qarşılıqlı olaraq diqqətə çatdırıblar”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Nazir Ceyhun Bayramov həmsöhbətinə Ermənistanın işğalından azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verərək, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılması, mədəni irsin talan edilməsi və saxtalaşdırılması faktları barədə ətraflı məlumat verib.
“Azad edilmiş ərazilərin onilliklər ərzində Ermənistan tərəfindən məqsədli şəkildə, insan həyatına başlıca təhdid olan mina və digər partlayıcılarla çirkləndirilməsinin doğurduğu humanitar fəsadlar qarşı tərəfin diqqətinə çatdırılıb. Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrinin Azərbaycana təhvil verilməsi ilə bağlı beynəlxalq humanitar hüquq öhdəliyini yerinə yetirməsinin vacibliyi vurğulanıb”, - deyə məlumatda qeyd olunur.
Görüş zamanı, həmçinin nazir Ceyhun Bayramov Azərbaycanın münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşmasının tərəfdarı olduğunu bildirib və bu istiqamətində ölkəmiz tərəfindən atılan addımlar barədə məlumat verib. Azərbaycanın bölgədə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə vermək niyyətində olan bütün tərəflərlə əməkdaşlığa hazır olduğu vurğulanıb.
“Nazirlər, həmçinin beynəlxalq gündəlikdə olan cari məsələlər, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar”, - deyə məlumatda vurğulanır.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət