"Azərbaycan Supermarket" MMC 40 milyon manat məbləğində istiqrazların emissiyasını planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
“İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi emissiya prospektinin materiallarına əsasən, 40 milyon manat məbləğində istiqrazların emissiyası haqqında qərar 2 sentyabr 2021-ci il tarixində “Azərbaycan Supermarket”in səhmdarları tərəfindən qəbul edilib. İstiqrazlar 3 il tədavül dövrü ilə buraxılacaq, illik kupon gəlirliyi - 10,5% təşkil edəcək (istiqraz sahiblərinə faizlər rübdə bir dəfə ödəniləcək).
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan40 min ədəd istiqraza bölünüb.
"Azərbaycan Supermarket" MMC istiqraz buraxılışından əldə olunacaq vəsaiti yeni layihələrin maliyyələşdirilməsinə və cari lahiyələrin icrasının sürətləndirilməsinə yönəltməyi planlaşdırır.
“Azərbaycan Supermarket” MMC 2015-ci il fevral ayından Azərbaycanda fəaliyyət göstərir. Səhmdarları iki hüquqi (hər birinin payı – 25%) və bir fiziki şəxsdir – 50%.
2020-ci ilin sonuna MMC-nin aktivləri 465,5 milyon manata bərabərdir. Ötən il ərzində cəmiyyətin gəlirləri 512,9 milyon manat təşkil edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət