30 sentyabr 2021-ci il tarixinə “Azərbaycan Sənaye Bankı”nın (ASB) aktivləri 866,646 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 4,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Aktivlərin strukturunda banklar da daxil olmaqla maliyyə institutlarında olan depozitlər xüsusi çəkiyə malikdir, onların həcmi 481,8 milyon manat (artım 8,5%) təşkil edir.
Sentyabr sonuna bankın kredit portfeli 226,744 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 28,5% - İF) bərabərdir.
30 sentyabr 2021-ci il tarixinə bankın öhdəlikləri 760,239 milyon manat (azalma 5,8%) təşkil edir.
Hesabat dövrünün sonuna ASB-nin depozit portfeli 592,187 milyon manata (azalma 7,5%) bərabərdir.
Sentyabrın 30-na bankın kapitalı 106 milyon 406,58 min manat (artım 2,2%), nizamnamə kapitalı 60 milyon manat (dəyişməyib) təşkil edir.
Üçüncü rübdə fəaliyyətinin yekunları üzrə ASB-nin xalis mənfəəti 1 milyon 716,54 min manat (2020-ci ilin 9 ayının göstəricisi ilə müqayisədə azalma 3 dəfə- İF) məbləğində olub.
“Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildə yaradılıb və aktivlərinin həcminə görə 6-cı yerdədir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət