“3+3” platformasının iştirakçı ölkələrinin xarici işlər nazirlərinin müavinləri (Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran - İF) ildə iki dəfədən az toplaşmayacaqlar.
İlk iclas cümə günü Moskvada bu platforma çərçivəsində xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib.
İclasda 5 ölkənin nümayəndələri iştirak ediblər – Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İranın.
Gürcüstan nümayəndələri tədbirdə iştirakdan imtina ediblər. “Beş ölkənin nümayəndələri paltformanın fəaliyyətinə Gürcüstanın da qoşulmasına maraq ifadə ediblər, bu ölkə üçün “qapı” açıq olaraq qalır”, - Azərbaycan XİN-dən bildiriblər.
XİN-də keçirilən tədbiri şərh edərək qeyd ediblər ki, iclasda regionda etimadın artırılması, iqtisadiyyat və nəqliyyat əlaqələrinin bərpası, yenidən qurulması və genişləndirilməsi sahəsində əməkdaşlığın inkişafına yönəlik müzakirələr aparılıb.
“Mexanizm çərçivəsində nazir müavinləri səviyyəsində görüşlər və müzakirələrin ən azı ildə iki dəfə olmaqla, rotasiya əsasında hər dəfə bir iştirakçı ölkədə keçirilməsi nəzərdə tutulur. Görüşlər və müzakirələr Xarici İşlər nazirliklərinin əlaqələndirməsi və yönəltməsi çərçivəsində iqtisadiyyat və nəqliyyat nazirliklərinin, ehtiyac yarandıqda isə digər sahəvi qurumların iştirakı ilə keçiriləcək”, - XİN-dən qeyd ediblər.
Vurğulanıb ki, məsləhətləşmələr mexanizminin fəaliyyətinin inkişafından asılı olaraq, daha yüksək səviyyədə görüş və müzakirələr təşkil oluna bilər.
“Görüşlərdə ümumi regional məsələlər və tərəflər üçün qarşılıqlı maraq doğuran və regional sabitliyə və rifaha töhfə verən təşəbbüs və layihələr müzakirə edilə bilər», - XİN-dən bəyan ediblər.
O cümlədən, nazirlikdən qeyd edilib ki, növbəti görüşün keçirilməsi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət