Xarici işlər naziri Ceyhun Bayramov martın 17-də Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moranın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Görüşdə Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafı, ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş, eləcə də əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir.
C.Bayramov Aİ ilə müxtəlif proqramlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığın həyata keçirildiyini və Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafının ölkəmiz üçün əhəmiyyət kəsb etdiyini bildirib. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib.
Görüşdə, həmçinin Cənub Qaz Dəhlizi layihəsinin icrası, layihənin növbəti mərhələdə genişlənməsi imkanları müzakirə olunub.
E.Mora Azərbaycanın Aİ üçün çox vacib tərəfdaş olduğunu diqqətə çatdırıb. O, Azərbaycanla qurum arasında güclü tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu bildirərək, bu münasibətlərin çox geniş gündəliyə malik olduğunu, iqtisadiyyat, texnologiyalar və innovasiyalar, ticarət, enerji və digər sahələri əhatə etdiyini söyləyib.
Avropa İttifaqının regionun sabit, təhlükəsiz inkişafında maraqlı olduğu, Aİ-nin bu istiqamətdə bütün addımları dəstəkləməyə, regional əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğu qeyd edilib.
E.Mora Aİ-nin Azərbaycanla bağlantılar, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu vurğulayıb. Baş katibin müavini Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri, eyni zamanda, Ukraynadakı vəziyyət üzrə fikir mübadiləsi aparılıb.*
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət