Aprelin 8-də xarici işlər naziri Ceyhun Bayramov İsrail-Azərbaycan Hökumətlərarası Birgə Komissiyasının həmsədri, İsrailin turizm naziri Yoel Razvozov ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
“C.Bayramov aprelin 7-də Təl-Əvivdə baş vermiş terror aktı ilə bağlı başsağlığını çatdırıb, terrordan əziyyət çəkən ölkə kimi Azərbaycanın terrorçuluğun bütün forma və təzahürlərini qətiyyətlə qınadığını bildirib”, - deyə məlumatda qeyd olunur.
Öz növbəsində, Y.Razvozov iki ölkə arasında son 30 ildə bir çox istiqamətlərdə inkişaf edən dostluq və əməkdaşlıq münasibətlərini, bu əlaqələrin daha da genişlənməsi potensialını vurğulayıb. O, İsrailin Azərbaycanın ərazi bütövlüyünə hər zaman olan dəstəyini bir daha ifadə edib.
“Tərəflər iki ölkə arasında münasibətlərin bir sıra sahələrdə, o cümlədən energetika, təhsil, yüksək texnologiyalar, hərbi-texniki, turizm və digər istiqamətlərdə inkişafı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.
C.Bayramov qarşı tərəfə bölgədə mövcud olan postmünaqişə vəziyyəti, o cümlədən ərazilərin minalardan təmizlənməsi, bərpa və yenidənqurma işləri barədə məlumat verib, İsrail şirkətlərinin bu prosesdə iştirakını məmnunluqla vurğulayıb.
Görüş zamanı qarşılıqlı səfərlərin davamlılığının, habelə iki ölkə XİN-ləri arasında siyasi məsləhətləşmələrin davamlı həyata keçirilməsinin vacibliyi qeyd edilib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət