“Azər-Türk Bank” 2022-ci ilin birinci rübündə aktivlərini 7,8% - 439,272 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il dekabrın 31-nə bankın kredit portfeli 245,098 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 4,9% - İF) təşkil edib. Eyni zamanda, hesabat dövrünün sonuna istehlak kreditləri üzrə portfel 83,716 milyon manat (artım 7,8%), biznes kreditləri üzrə portfel 43,636 milyon manat (azalma 5%), əmlak ilə əməliyyatlar üzrə kreditlər 117,746 milyon manat (artım 7,1%) səviyyəsində qiymətləndirilir.
Bankın öhdəlikləri 381,746 milyon manata bərabərdir (artım 9%). Depozit portfeli 201,127 milyon manat (azalma 3,1%), o cümlədən fiziki şəxslərin əmanətləri 95,014 milyon manat (artım 1%) təşkil edir.
“Azər-Türk Bank”ın kapitalı 57,526 milyon manata (artım 1%), nizamnamə kapitalı 50 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin birinci rübünün yekunları üzrə bankın xalis mənfəəti 226 min manat təşkil edib (azalma 2,3 dəfə).
“Azər-Türk Bank” 1995-ci ilin may ayında yaradılıb. Bankın əsas səhmdarı Əmlak Məsələləri Dövlət Komitəsidir (75%). “T.C.Ziraat Bankasi” (Türkiyə), “AzRe Təkrarsığorta” şirkəti və “Qala Həyat Sığorta” şirkəti də bankın səhmdarları sırasında yer alır.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət