“Premium Bank” ASC 2022-ci ilin yanvar-mart aylarında aktivlərini 13,5% - 657,651 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 mart 2022-ci il tarixinə bankın kredit portfeli 486,291 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,3%) təşkil edib, o cümlədən biznes kredit portfeli 4,7% - 454,454 milyon manata qədər azalıb.
Martın sonuna “Premium Bank”ın öhdəlikləri 476,555 milyon manata (azalma 17%) bərabərdir.
Bankdakı depozitlər 438,172 milyon manat (azalma 15,5%), o cümlədən əhalinin əmanətləri 325,464 milyon manat (azalma 0,5%) təşkil edib.
Bankın kapitalı 181,096 milyon manata (azalma 2,6%) nizamnamə kapitalı 154,601 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin I rübünün yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 393 min manat (2021-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə azalma 3,8 dəfə) təşkil edib.
“Premium Bank” ASC 2008-ci il yanvar ayının 25-dən fəaliyyət göstərir və aktivlərinin həcminə görə aparıcı bankların onluğuna daxildir. Bankın səhmdarları 2 fiziki və 1 hüquqi şəxsdir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət