2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $893 milyon 466,71 min təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 6,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2022-ci ilin yanvar-mart aylarında ticarət dövriyyəsi 7,9% artıb.
Apreldə ticarət dövriyyəsi $262 milyon 93,62 min təşkil edib.
Yanvar-aprel aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 5,63%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Azərbaycan Rusiyaya $198 milyon 866,72 min dəyərində (artım 0,6%) məhsul ixrac edib. I rübün yekunları üzrə RF-yə ixracın həcmi 14,7% artıb. Bütövlükdə, Azərbaycandan ixracın 1,68%-i Rusiyanın payına düşüb.
Apreldə Azərbaycandan RF-yə $43 milyon 685,77 min məbləğində ixrac həyata keçirilib.
Yanvar-aprel aylarında Rusiyadan Azərbaycana idxalın həcmi $694 milyon 579,99 min (artım 8,2%) təşkil edib. I rübün yekunları üzrə Azərbaycana idxal 5,8% artıb. Azərbaycana idxalın ümumi həcmində 17,19% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, 2022-ci ilin 4 ayı ərzində RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $495 milyon 713,27 min təşkil edib.
2021-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 milyard 995 milyon 131,31 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 12,1% çoxdur.*
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət