Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişi üzrə mümkün danışıqların iki variantının müzakirəsi barədə məlumat verib.
“Həm beynəlxalq cəmiyyətdə, həm də Ermənistanda müzakirələr aparılır – Ermənistanla Azərbaycan arasında həllə Qarabağ məsələsi daxil olmalıdır, yoxsa bu məsələni ayrıca nəzərdən keçirmək lazımdır”, - Paşinyan çərşənbə günü parlamentdə “hökumət saatı” çərçivəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan müxalifəti bəyan edir ki, Qarabağ münaqişəsinin həlli gündəliyi – ayrıca məsələdir.
O, həmçinin məlumat verib ki, Brüsseldə Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşdə anklavlar ilə bağlı məsələ müzakirə olunmayıb.
“Azərbaycan birbaşa və ya dolayısilə bu məsələni qaldırır, lakin biz deyirik ki, de-yure Ermənistan ərazisində Azərbaycanın anklavlarının mövcudluğu qeydə alınmayıb...”, - Paşinyan bildirib.
O, həmçinin bəyan edib ki, Brüsseldə Qarabağa dair “çox ciddi” müzakirələr keçirilib, həmin müzakirələrin nəticələrinə dair “Ermənistan və Azərbaycanın mövqeləri fərqlidir”.
“Bakı Qarabağ münaqişəsinin həll olunduğunu, Ermənistan isə həll olunmadığını hesab edir. Bakı özünün beş təklifini təqdim edib, biz də təkliflərimizi irəli sürdük, buna əsasən danışıqlar aparılmalıdır”, - Paşinyan bəyan edib. **
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət