“Bank Melli İran”ın Bakı filialı 2022-ci ilin I yarısında aktivlərini 3,7% - 90 milyon 41,27 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankın filialından məlumat verilib.
Hesabat dövründə bankın kredit portfeli 1,2% - 9 milyon 728,946 min manata qədər azalıb.
Aktivlərin strukturunda nağd vəsaitlər və digər banklardakı müxbir hesablar ən çox xüsusi çəkiyə malikdir və 57 milyon 140,649 min manat (31 dekabr 2021-ci il tarixinə olan göstərici ilə müqayisədə artım 3,3%), investisiya qiymətli kağızları 18 milyon 627,468 min manat (artım 3,8%) təşkil edir.
30 iyun 2022-ci il tarixinə “Bank Melli İran”ın Bakı filialının öhdəlikləri 53 milyon 816,659 min manata (artım 4,6%) bərabərdir. Bankın maliyyə institutları qarşısındakı öhdəlikləri 18,9% – 27 milyon 314,566 min manata qədər artıb, müştəri hesabları 5,9% - 10 milyon 104,229 min manata qədər azalıb.
Bankın kapitalı 36 milyon 224,61 min manat (artım 2,3%), nizamnamə kapitalı 73 milyon 611 min 171,44 manat (dəyişməyib) təşkil edib.
2022-ci ilin I yarısının yekunları üzrə bankın filialının xalis mənfəəti 805,721 min manat (2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə artım 1,4 dəfə) məbləğində olub. 2022-ci il iyunun 30-na bankın bölüşdürülməmiş zərəri 37 milyon 386,561 min manat (ilin əvvəlindən azalma 2,1%) məbləğində qiymətləndirilir.
“Bank Melli İran”ın Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət