2022-ci ildə Azərbaycandan Aİ-yə qaz nəqli 2021-ci ildəki 8,1 milyard kubmetrdən 12 milyard kubmetrə qədər artacaq. Bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib.
“Bu gün iki prezident tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” hər il (2027-ci ilədək – İF) Aİ-yə ən azı 20 milyard kubmetr qazın nəqli üçün Cənub Qaz Dəhlizinin ötürmə qabiliyyətinin iki dəfə artırılması öhdəliyini əks etdirir. Enerji sahəsində əməkdaşlığın möhkəmləndirilməsi əsasında Azərbaycan artıq indi nəql həcmlərini 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 12 milyard kubmetrədək artırır”, - deyə Ursula Fon der Lyayen bu gün Bakıda Prezident İlham Əliyevlə birgə brifinqdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycandan qaz nəqlinin artması RF-dən qaz təchizatının azalmasını kompensasiya edəcək və Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.
AK Prezidenti əlavə edib ki, yeni Memorandumun imzalanması ilə Aİ Azərbaycanla enerji sahəsində əməkdaşlıqda yeni mərhələyə qədəm qoyur. “Biz Cənub Qaz Dəhlizi vasitəsilə Aİ-yə sabit və etibarlı qaz nəqlinə təminat verən mövcud əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, həm də enerji səmərəliliyi və ekoloji cəhətdən təmiz enerji sahəsində uzunmüddətli tərəfdaşlığın əsasını qoyuruq. Lakin energetika Azərbaycanla əməkdaşlığımızı genişləndirə biləcəyimiz sahələrdən biridir və mən münasibətlərimizin bütün potensialından istifadə etmək imkanını səbirsizliklə gözləyirəm”, - deyə o qeyd edib.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan Avropaya 8,2 milyard kubmetr, 2022-ci ilin birinci rübündə isə 2,6 milyard kubmetr qaz ixrac edib. 2022-ci ildə Azərbaycan qazının ixrac həcmi 24 milyard kubmetr təşkil edəcək.
TAP-ın ümumi uzunluğu 878 km təşkil edir, bunun 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniyadan, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliya ərazisindən keçir. TAP Azərbaycan qazının Avropaya nəqli üçün infrastrukturun yaradılmasını nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin sonuncu komponentidir.
Qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən 10 milyard kubmetr təbii qazın Avropaya nəqli üçün nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti onun gücünü iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırmağa imkan verir.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət