Avropanı iqtisadi artımın yavaşlaması ilə əlaqədar çətin qış gözləyir. Bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel deyib.
“Avropa əsl fırtına ilə üz-üzədir: enerji qiymətləri artır, iqtisadi artım yavaşlayır, qış yaxınlaşır”, - deyə o, bu gün öz bloqunda yazıb.
Borrelin sözlərinə görə, Avropa İttifaqı Rusiya qazının idxal payının ilin əvvəlindəki 40%-dən bu gün təxminən 20%-ə qədər ümumi azalmasının öhdəsindən müəyyən dərəcədə gələ bilib. Buna, əsasən mayeləşdirilmiş təbii qazın alışının artması hesabına nail olunub, onun payı iki dəfə artaraq 19%-dən 37%-ə çatıb. Norveç, Əlcəzair və Azərbaycandan da boru kəməri qazının alışı artırılıb.
“Lakin acı həqiqət budur ki, bu qış biz qeyri-rus mənbələrindən nə qədər əlavə qaz ala biləcəyimiz həddə yaxınlaşırıq. Beləliklə, əsas hissə enerji qənaətinə, yəni tələbatın azalmasına düşməlidir”, - deyə o vurğulayıb.
Aİ-nin Xarici siyasət departamentinin rəhbəri təəssüf edir ki, 2014-cü ildən sonra Avropa tədarüklərin şaxələndirilməsi və onlarda Rusiyanın payının azaldılması, enerji səmərəliliyinə və bərpa olunan mənbələrə sərmayə qoyuluşu üzərində qurulmuş əsl Aİ enerji ittifaqı yaratmayıb.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət