12-14 sentyabr Azərbaycan-Ermənistan sərhədində gərginlik bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində tezliklə irəliləmək zəruriliyini tələb edir. Bu barədə BMT Baş katibinin köməkçisi Miroslav Yença bəyan edib.
“Bu həftə sərhəddə baş verən döyüşlər 2020-ci ildən etibarən regionda baş vermis insidentlər arasında ən miqyaslıdır. Bu, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşamsı prosesinin əvvəlki kimi, ciddi maneələrlə üzləşdiryini sübut edir. Yaranmış eskalasiya eyni zamanda bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında iki ölkə arasındakı sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində tezliklə irəliləmək zəruriliyini göstərir. Biz tərəfləri bu mühüm mexanizmdən sərhəddə gərginliyin aradan qaldırılması istiqamətində zəruri addım kimi istifadə etməyə çağırırıq”, - Yença BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətə həsr olunan iclasında bildirib.
Onun sözlərinə görə, BMT dünən Ermənistanla Azərbaycan arasında əldə edilən atəşkəsə dair razılığı alqışlayır və buna əməl olunacağına ümid etdiyini bildirir, həmçinin tərəfləri 2020-ci il tarixli üçtərəfli bəyanata riayət etməyə və uzunmüddətli sülhə nail olmağa çağırır.
Həmçinin, o əlavə edib ki, BMT-nin Ermənistan və Azərbaycan hökumətlərinin eskalasiyanın səbəbləri barədə xəbərlərini yoxlamaq imkanı yoxdur
Yença əmindir ki, son hadisələr Ermənistanla Azərbaycan arasındakı fikir ayrılıqların potensial olaraq bütün regiondakı vəziyyəti poza biləcəyinə dair kədərli xatırlatma oldu. Buna imkan verməmək üçün BMT regiondakı və ondan kənarda bütün maraqlı qüvvələri “konstruktiv hərəkət etməyə və (hər iki dövləti) sülh sazişini imzalamağa təşviq etməyə” çağırıb.
“Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycan arasında sülh həllinə sadiqliyini tam saxlamalı və mövcud gərginliyi aradan qaldırmaq, tərəfləri danışıqlar masasına qaytarmaq və onlara regionda sülh və sabitliyə nail olmağa kömək etmək üçün səylərini əsirgəməməlidir”, - o vurğulayıb.
Onun sözlərinə görə, tərəflər qısamüddətli perspektivdə 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirməlidirlər. “Biz danışıqlar masasına qayıtmağa və uzunmüddətli sülh müqaviləsinə nail olmağa yönəlmiş addımlar atmağa çağırırıq”, - BMT-nin nümayəndəsi bəyan edib.
O, həmçinin, “tərəflərin diqqətini diplomatik həll axtarışına yönəltmək məqsədilə Təhlükəsizlik Şurasını analoji "birləşdirici mesaj” ilə çıxış etməyə çağırıb. **
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət