Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, İrəvan Azərbaycana çərçivə sazişi imzalamağı, sərhədin delimitasiyası üçün isə 1990-cı ilin xəttini əsas götürməyi təklif edir.
“Təcrübə göstərir ki, əgər biz bütün məsələləri detallı şəkildə həll etməyə çalışsaq, çətinliklərimiz ola bilər, bu səbəbdən Ermənistan sazişin çərçivə variantını imzalamağı təklif edir. Bu qəbul olunan təcrübədir. Ermənistan ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycanla sülh haqqında çərçivə sazişi imzalamağa hazırdır”, - Paşinyan çərşənbə günü parlamentdə bildirib.
Onun sözlərinə görə, İrəvan ümid edirdi ki, sülh sazişi qüvvəyə mindiyi anda Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çaşa çatmalıdır.
“Lakin indi müəyyən siqnallar var ki, bu tam real deyil. Lakin qərar var – biz 1990-cı ilin xəttini əsas kimi götürməyi, qoşunları eyni anda geri çəkməyi, monitorinq mexanizminin yaradılmasını, bütün bu ərazini sərhədçilərin nəzarətinə verməyi və donra rahat şəraitdə bir neçə il çəkə biləcək delimitasiya prosesinə keçə bilərik”, - Paşinyan qeyd edib.
Daha sonra o əlavə edib: “Ermənistan-Azərbaycan münasibətlərini Qarabağ ermənilərinin hüquqları məsələsi ilə əlaqələndirməmək, bizim bu məsələni gündəmdən çıxarmağa razılıq verməyimiz demək deyil”.
Həmçinin, Paşinyan əlavə ki, “Vaşinqtonda Ermənistan Azərbaycana şərhlər və təkliflər təqdim edib, əslində sülh sazişi üzrə bizim mətni və biz Azərbaycandan cavab gözləyirik”.
Onun sözlərinə görə, Ermənistan Azərbaycanla münasibətlərin həllinə dair Rusiyanın təklifləri ilə razılaşıb. Həmin təkliflərin mahiyyəti ondan ibarətdir ki, “Qarabağın statusu məsələsi qeyri-müəyyən müddətə təxirə salınır”.
O cümlədən, Paşinyan qeyd edib ki, Ermənistanda Azərbaycanla parlamentlərarası əlaqələrin təşkili ideyasına müsbət yanaşırlar. **
Əliyev: Zəngəzur dəhlizinin Azərbaycan ərazisində tikinti işləri 2024-cü ilin sonunda başa çatacaq
Əliyev: Gələcəkdə Naxçıvandan Türkiyəyə “yaşıl enerji» ixracı ən azı, 1 min meqavat təşkil edə bilər
Şuşa 2024-cü il üçün İslam dünyasının mədəniyyət paytaxtı elan edilib
Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvarın 2-nə qədər uzadılıb
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
“Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu!
Press-reliz: SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr