“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2022-ci il üçün Azərbaycanda orta illik inflyasiya proqnozunu 13,5%-dək yüksəldib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, “S&P” iyulda 2022-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiyanı 13% səviyyəsində proqnozlaşdırmışdı.
Agentliyin bank sektoru üzrə icmalında qeyd olunur ki, 2022-ci ildə ölkədə ÜDM-nin artımı 4% təşkil edəcək.
“Neft və qaz Azərbaycanın ixracının təxminən 90%-ni, ÜDM-nin isə 50%-ni təşkil edir. Azərbaycan neft və qazın hazırkı qiymətlərindən faydalanacaq. Ölkə iqtisadiyyatı pandemiyadan sonra tədricən bərpa olunur. Lakin uzunmüddətli artım perspektivləri cüzi olaraq qalır. Biz 2022-ci ildə iqtisadi artımı 4% səviyyəsində proqnozlaşdırırıq ki, bu da qaz hasilatının artması və qeyri-neft sektorunun sürətlə bərpası ilə əlaqədardır”, - deyə agentlik vurğulayır.
“S&P”nin qiymətləndirmələrinə görə, 2023-2025-ci illərdə Azərbaycanda ÜDM-nin orta illik artımı 1,5% təşkil edəcək.
“Digər ölkələr kimi, Azərbaycan da inflyasiya təzyiqi ilə üzləşir. Bu, ərzaq qiymətlərinin bahalaşması və bəzi kommunal xidmətlərə görə tariflərin artırılması ilə bağlıdır. 2022-ci ildə inflyasiyanın orta hesabla 13,5% olacağını proqnozlaşdırırıq”, - deyə icmalda bildirilir.
10 ayın yekunları üzrə Azərbaycanda ÜDM 5,2% artıb, inflyasiya 13,7% təşkil edib.
Azərbaycan hökuməti 2022-ci ilin yekunları üzrə ÜDM-nin artımını 3,5%, orta illik inflyasiyanı 12,5% səviyyəsində proqnozlaşdırır.
2021-ci ildə Azərbaycanda ÜDM 5,6% artıb, orta illik inflyasiya 6,7% təşkil edib.*
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət