Azərbaycan Respublikasının Qaraba iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qeyri-qanuni istismarına son qoyulmalıdır.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çərşənbə axşamı diplomatik korpusun nümayəndələri ilə görüşündə bəyan edib.
“Azərbaycan ərazilərinin işğalı illəri ərzində Ermənistan sərvətlərimizi qanunsuz istismar edib və ətraf mühitə zərər vurub. Hazırda biz Rusiyalı sülhməramlıların nəzarət etdiyi ərazilərdə analoji vəziyyəti müşahidə edirik”, - Hacıyev deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfinin əldə etdiyi məlumata əsasən, xüsusilə “Qızılbulaq” qızıl yatağının qanunsuz istismarının intensivləşməsi, o cümlədən nəticədə ekoloji fəsadların dərinləşməsi müşahidə olunurdu. Danışıqların nəticəsində tərəflər arasında dekabrın 10-da monitorinqə başlamaq razılaşdırılıb. Qeyri-qanuni istismara (yataqların istismarı üzrə - İF) son qoyulmalıdır, ətraf mühitə dəymiş zərər qiymətləndirilməlidir”, - Hacıyev qeyd edib.
O cümlədən, prezidentin köməkçisi diplomatik korpusun nümayəndələrinə Şuşa-Xankəndi yolunda hazırki vəziyyət barədə məlumat verib.
Xəbər verildiyi kimi, Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər.
Hazırda avtomobil yolu Rusiya sülhməramlıları tərəfindən bağlanıb.
Dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlarla bağlı ilkin monitorinqə başlamağı planlaşdırırdı.
Dekabrln 10-da İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib ki, monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulurdu.
Lakin həmin gün İqtisadiyyat Nazirliyi təşkil edilmiş təxribatdan sonra monitorinqin baş tutmaması barədə məlumat verib. “Biz həmin yerdə bir qrup aqressiv gəncin yığıldığını gördük. Onlar bizim həmin obyektlərə, yataqlara girişimizə mane oldular. Hesab edirik ki, bu, əvvəlcədən təşkil olunmuş təxribat idi. Həmin təxribatın arxasında oraya gəlmiş Vitali Balasanyan və özünü qondarma rejimin nümayəndəsi kimi təqdim edən Ruben Vardanyan dayanırdılar”, - İqtisadiyyat Nazirliyinin nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında bildirib.
O əlavə edib ki, “əvvəlki müzakirələr nəticəsində səfərin təşkil edilməsi ilə bağlı verdikləri sözlərə baxmayaraq, Rusiya sülhməramlı qüvvələri tərəfindən normal fəaliyyət üçün şərait yaradılmamışdı”.
Bu vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Rusiya tərəfinə müvafiq nota təqdim edib.Azərbaycan XİN-in spikeri Ayxan Hacızadə məlumat verib ki, Bakı notada əldə olunmuş razılığa uyğun olaraq, Azərbaycan nümayəndələrinin qeyd edilən yataqlara maneəsiz girişinin təmin edilməsinə bir daha çağırış edib.Belə səfərə maneçilik törədilməsinin və ya hər hansı bir şərt irəli sürülməsinin qəbuledilməz olduğunu vurğulayıb.
XİN-in nümayəndəsi qeyd edib ki, Azərbaycan tərəfindən əldə edilmiş məlumata əsasən, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında təbii sərvətlərin qeyri-qanuni istismarı və talanmasında aktivləşmə, o cümlədən ekoloji fəsadların pisləşməsi müşahidə olunur. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət