2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 956,274 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 7,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $330 milyon 9,6 min (artım 34%) təşkil edib.
Oktyabr ayında $67 milyon 943,2 min dəyərində 212,074 min ton buğda (2022-ci ilin sentyabr ayında $68 milyon 588,4 min dəyərində 204,868 min ton) idxal edilib. Beləliklə, Azərbaycanın oktyabr ayında aldığı buğdanın qiyməti bir ton üçün $320,37 təşkil edib. Bütövlükdə, yanvar-oktyabr aylarında alınmış buğdanın orta qiyməti bir ton üçün $345 olub.
Hesabat dövründə Azərbaycana $137 milyon 134,9 min dəyərində (artım 16,1%) 252,588 min ton şəkər xammalı və şəkər (artım 0,3%), $176 milyon 608 min dəyərində (artım 22,4%) 102,222 min ton bitki yağı (azalma 2,9%), $61 milyon 492,5 min dəyərində (artım 19,1%) 11,93 min ton çay (artım 0,4%), $89 milyon 399,8 min dəyərində (artım 38,4%) 15,494 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 24,1%) idxal edilib.
Bununla yanaşı, respublikaya $14 milyon 463,9 min dəyərində (azalma 18,2%) 3,25 min ton iribuynuzlu heyvan əti (azalma 28,4%), $41 milyon 768,7 min dəyərində (artım 32,7%) 26,528 min ton quş əti və quş əti məhsulları (artım 9%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $103 milyon 892,2 min dəyərində (artım 10,7%) 107,324 min ton meyvə (artım 7,3%), $13 milyon 734,1 min dəyərində (azalma 17,8%) 22,301 min ton tərəvəz (azalma 31,4%), $43 milyon 926,6 min dəyərində (artım 3,6%) 157,841 min ton kartof (azalma 3,7%) idxal edilib.
Yanvar-oktyabr aylarında ölkədən $149 milyon 516,4 min dəyərində (artım 2,8%) 138,171 min ton tərəvəz (azalma 5%), $291 milyon 852,1 min dəyərində (artım 7,2%) 228,851 min ton meyvə (azalma 0,3%), $35 milyon 85,8 min dəyərində (azalma 12%) 78,215 min ton kartof (azalma 14,8%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $27 milyon 587,9 min dəyərində (artım 3,1%) 39,413 min ton şəkər (azalma 22,4%), $12 milyon 633,2 min dəyərində (artım 5,7%) 6,701 min ton bitki yağı (azalma 26,2%) ixrac edilib.
Yanvar-oktyabr aylarında Azərbaycan $10 milyon 968,3 min dəyərində (azalma 7,4%) 8,75 min ton meyvə və tərəvəz şirələri (azalma 11%), $3 milyon 839,1 min dəyərində (artım 28,3%) 216,3 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 18%), $7 milyon 782 min dəyərində (artım 5,8%) 6,425 min ton meyvə və tərəvəz konservləri (azalma 6,3%), $17 milyon 581,5 min dəyərində (artım 96,9%) 5,869 min ton tütün (artım 72,4%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət