“PAŞA Bank” 2022-ci ildə aktivlərini 32,9% - 8 milyard 519,814 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il dekabrın 31-nə bankın kredit portfeli 2 milyard 728,064 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 7,2% - İF) təşkil edir. Bankın biznes kredit portfeli 2 milyard 346,234 milyon manat (artım 2,2%), istehlak kreditləri üzrə portfeli 270,549 milyon manat məbləğində (artım 1,7 dəfə) qiymətləndirilir.
“PAŞA Bank”ın öhdəlikləri 7 milyard 856,817 milyon manata (artım 34,7%) bərabərdir. Bankda depozitlər 7 milyard 4,319 milyon manat (artım 39,3%), əhalinin əmanətləri 1 milyard 568,704 min manat (azalma 4,4%), fiziki şəxslərin əmanətləri – 5 milyard 435,615 milyon manat (artım 60,4%) məbləğində qiymətləndirilir.
Bankın kapitalı 662,997 milyon manat (artım 14,8%), nizamnamə kapitalı 354,512 milyon manat (dəyişməyib) təşkil edir.
“PAŞA Bank” 2022-ci ili 149,394 milyon manat məbləğində xalis mənfəətlə (2021-ci illə müqayisədə artım 1,7 dəfə - İF) başa vurub.
“PAŞA Bank” ASC 2007-ci ilin iyun ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın ikinci aparıcı bankıdır. Bankın səhmdarları 2 hüquqi (“PAŞA Holdinq” - 56,82%, “Bless” MMC – 28,18%) və 2 fiziki şəxsdir (Arif Paşayev – 10%, Mircəlala Paşayev – 5%). Bank “PAŞA Holdinq”in strukturuna daxildir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət