2022-ci ildə Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 970 milyon 822,7 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 15% çoxdur. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 728 milyon 71 min manat (artım 24,1%) və ya bazar üzrə bütün sığorta haqlarının 75%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 425 milyon 89 min manat (artım 33%), qeyri-həyat sığortası üzrə sığorta haqları 302 milyon 982 min manat (artım 13,5%) təşkil edib.
İcbari sığorta növləri üzrə sığorta haqları 242 milyon 751,7 min manat (azalma 5,7%) təşkil edib.
Hesabat dövründə sığortaçılar həyatın yaşam sığortası (396 milyon 687,2 min manat), könüllü tibbi sığorta (112 milyon 260 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (113 milyon 843,57 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 64,2%-ni təmin edib.
2022-ci ildə sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 433 milyon 202,48 min manat yönəldiblər ki, bu da 2021-ci ilin göstəricisindən 5,6% azdır.
Bu dövrdə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 337 milyon 633,16 min manat (azalma 0,5%) və ya bazar üzrə bütün ödənişlərin 77,9%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 244 milyon 706,29 min manat (artım 3,8%), qeyri-həyat sığortası üzrə ödənişlər 92 milyon 926,87 min manat (azalma 10,3%) məbləğində olub.
İcbari sığorta növləri üzrə ödənişlər 95 milyon 569,32 min manat (azalma 20%) təşkil edib.
Hesabat dövründə sığortaçılar avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (90 milyon 280,4 min manat), həyatın yaşam sığortası (242 milyon 78,27 min manat) və könüllü tibbi sığorta (70 milyon 222,08 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Bütövlükdə, 2022-ci ildə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 92,9%-ni təmin edib.
2022-ci ildə həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci illə müqayisədə 4,5% artıb.
2022-ci il dekabrın sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.
AMB-nin məlumatına görə, 2022-ci ildə sığorta haqlarının həcminə görə sığorta şirkətlərinin TOP-5-nə “PAŞA Həyat Sığorta” (413,298 milyon manat), “PAŞA Sığorta” (215,132 milyon manat), “Atəşgah Həyat Sığorta” (53,466 milyon manat), “Xalq Sığorta” (42,274 milyon manat) və “Qala Sığorta” (40,355 milyon manat) daxil olub.
Hesabat dövründə sığorta şirkətlərinin sığorta haqlarının 78,8%-i bu şirkətlərin payına düşüb.
2022-ci ildə ödənişlərin həcminə görə sığorta şirkətlərinin TOP-5-də “PAŞA Həyat Sığorta” (215,366 milyon manat), “PAŞA Sığorta” (66,907 milyon manat), “Xalq Sığorta” (27,466 milyon manat), “Atəşgah Həyat Sığorta” (29,993 milyon manat) və “Azərsığorta” (20,088 milyon manat) qərarlaşıb.
Bu dövrdə sığortaçıların ödənişlərinin 83,1%-i bu 5 şirkətin payına düşüb.
Ötən il sığorta sektorunun penetrasiya səviyyəsi 0,7% təşkil edib.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət