2023-cü ildə Azərbaycan 24,5 milyard kubmetr qaz ixrac edəcək. Bunu Prezident İlham Əliyev deyib.
“2021-ci ildə bizim qaz ixracımız 19 milyard kubmetr, 2022-ci ildə 22,6 milyard kubmetr təşkil edib, 2023-cü ildə isə 24,5 milyard kubmetr səviyyəsində planlaşdırılır”, - deyə dövlət başçısı fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında bildirib.
Onun sözlərinə görə, ötən il ölkələrin enerji təhlükəsizliyinə ümumi sadiqliyini nümayiş etdirən bır sıra mühüm hadisələr baş verib.
Bu xüsusda ötən il iyulun 18-də Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə birgə imzaladıqları “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”nun əhəmiyyətini xüsusi vurğulayan dövlət başçısı bildirib: “Bu, əslində, bizim gələcək planlarımız üçün açıq yol xəritəsidir”.
İ.Əliyev əlavə edib ki, Azərbaycan 2027-ci ilədək Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırır: “Bu, mümkündür, çünki bizim resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımız var”.
O vurğulayıb ki, Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl istifadəyə verilib. “Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər genişləndirilməsi haqqında danışırıq”, - deyə İ.Əliyev əlavə edib.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət