İrəvan Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşünə hazırdır və bunun üçün Laçın yolunun açılmasını ilkin şərt kimi irəli sürmür.
“Rusiya XİN başçılarının görüşünü hazırlayır. Ermənistan xarici işlər nazirinin bu görüşdə iştirak edib-etməyəcəyi indiki məqamda vəziyyətdən asılıdır. Lakin hər hansı vasitəçi, o cümlədən Rusiya tərəfindən təşkil edilən görüşlərdə iştirak etmək üçün heç bir problem yoxdur”, - deyə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Sarkis Xandanyan bu gün keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, Ermənistan görüş üçün heç bir ilkin şərt, o cümlədən Laçın yolu ilə bağlı şərt irəli sürmür.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Tbilisidə görüşməsi mümkünlüyünə toxunan S.Xandanyan deyib ki, gürcü tərəfdaşların təklifini müsbət qiymətləndirir, ancaq görüşün gündəliyi, parametrləri və gözlənilən nəticələrin dəqiqləşdirilməsi vacibdir.*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət