2022-ci ildə Azərbaycana 1 milyon 292,996 min ton buğda idxal edilib ki, bu da 2021-ci ilin göstəricisindən 12,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri $436 milyon 551,2 min (artım 31,5%) təşkil edib.
Həmçinin, 2022-ci ilin dekabr ayında $38 milyon 541 min dəyərində 125,039 min ton buğda (2022-ci ilin noyabr ayında $68 milyon dəyərində 211,683 min ton - İF) idxal edilib. Beləliklə, Azərbaycanın dekabr ayında aldığı buğdanın qiyməti bir ton üçün $308,2 təşkil edib. Bütövlükdə, 2022-ci ildə alınmış buğdanın orta qiyməti bir ton üçün $337,6 olub.
Hesabat dövründə Azərbaycana $175 milyon 147,9 min dəyərində (artım 20,2%) 332,294 min ton şəkər xammalı və şəkər (artım 6,1%), $238 milyon 762,5 min dəyərində (artım 31,6%) 142,489 min ton bitki yağı (artım 9,5%), $75 milyon 469,5 min dəyərində (artım 22%) 14,406 min ton çay (artım 3,2%), $108 milyon 181,9 min dəyərində (artım 37,2%) 18,562 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar (artım 23,5%) idxal edilib.
Bununla yanaşı, respublikaya $21 milyon 730,8 min dəyərində (azalma 2,6%) 4,818 min ton iribuynuzlu heyvan əti (azalma 15,8%), $54 milyon 610,3 min dəyərində (artım 32,2%) 34,75 min ton quş əti və quş əti məhsulları (artım 12,4%) idxal edilib.
Hesabat dövründə Azərbaycana $130 milyon 105,5 min dəyərində (artım 10,8%) 129,344 min ton meyvə (artım 12,6%), $16 milyon 644,7 min dəyərində (azalma 19%) 27,067 min ton tərəvəz (azalma 31,7%), $55 milyon 185,7 min dəyərində (azalma 11,1%) 197,687 min ton kartof (azalma 8%) idxal edilib.
2022-ci ildə ölkədən $183 milyon 312 min dəyərində (artım 2%) 169,008 min ton tərəvəz (azalma 2,8%), $436 milyon 345,2 min dəyərində (artım 8,1%) 378,554 min ton meyvə (artım 4,6%), $35 milyon 121,7 min dəyərində (azalma 12,4%) 78,301 min ton kartof (azalma 12,4%) ixrac edilib.
Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $38 milyon 799,9 min dəyərində (artım 20,9%) 54,94 min ton şəkər (azalma 7,1%), $14 milyon 638,2 min dəyərində (azalma 7,7%) 7,902 min ton bitki yağı (azalma 33,5%) ixrac edilib.
2022-ci ildə Azərbaycan $14 milyon 229,2 min dəyərində (azalma 7,9%) 11,159 min ton meyvə və tərəvəz şirələri (azalma 12,2%), $5 milyon 556,5 min dəyərində (artım 40,5%) 300,6 min dekalitr təbii üzüm şərabları və üzüm suslosu (artım 14,1%), $10 milyon 487 min dəyərində (artım 9,5%) 8,477 min ton meyvə və tərəvəz konservləri (azalma 0,4%), $20 milyon 403 min dəyərində (artım 42.5%) 6,892 min ton tütün (artım 31%), $11 milyon 516,7 min dəyərində (artım 35,6%) 1,779 min ton çay (аrtım 59,5%) ixrac edib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət