31 yanvar 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 45 milyard 861,9 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvarda bankların aktivləri 2,5% azalıb.
Yanvarda bankların aktivlərinin azalması AMB-də müxbir hesablarında bankların vəsaitinin 37,5% - 3 milyard 956,6 milyon manatadək azalması ilə əlaqədardır.
Yanvarın sonuna bankların kredit portfeli 19 milyard 669,6 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 661,7 milyon manat (artım 0,7% - İF) təşkil edir.
Bankların öhdəlikləri 40 milyard 200,2 milyon manata (azalma 3%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 215 milyon manat məbləğində (azalma 0,9%) qiymətləndirilir. Banklarda depozit portfeli 32 milyard 968,8 milyon manat (azalma 2,5%), o cümlədən əhalinin əmanətləri 11 milyard 686,8 milyon manat (artım 1,8%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar ayında bankların ümumi xalis mənfəəti 90,3 milyon manat təşkil edib (2022-ci ilin yanvar ayı ilə müqayisədə artım 54,1%- İF).
Hesabat dövründə bankların faiz gəlirləri 273,6 milyon manat (artım 44,6%), o cümlədən verilmiş kreditlər üzrə 199 milyon manat (artım 26,3%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 84,6 milyon manat məbləğində (artım 13,5%) olub.
Bu dövrdə bankların faiz xərcləri 67,2 milyon manat (artım 45,1%), o cümlədən depozitlər üzrə 48 milyon manat (artım 45%), qeyri-faiz xərcləri 150,7 milyon manat (artım 22,1%) təşkil edib.
Yanvar ayının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 134,5 milyon manat (artım 50,3%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 113 milyon manat (artım 55,6%), mənfəət vergisi üzrə ödənişlər 22,7 milyon manat (artım 62,1%) məbləğində qiymətləndirilir.
31 yanvar 2023-cü il tarixinə respublikada 25 bank fəaliyyət göstərir. Bu bankların 10-u xarici kapitallıdır.
Bankların 489 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) və 92 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 22,87 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,4%) çalışır.**
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət