Azərbaycan Xarici İşlər Nazirliyi 6 mart tarixində Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda Ermənistan tərəfinin törətdiyi təxribata Fransanın haqq qazandırmasını qəbuledilməz hesab edir.
“Təəssüf ki, Fransa Xarici İşlər Nazirliyi növbəti dəfə bölgəmizdə baş verən təxribatları şərh edərkən qərəzli və əsassız mövqe nümayiş etdirməkdə davam edir. Fransa tərəfi beynəlxalq hüququn norma və prinsiplərinə, üzvü olduğu BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və Üçtərəfli Bəyanat uyğun olaraq Azərbaycanın suveren ərazilərindən qeyri-qanuni erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış əvəzinə, qanunsuz erməni silahlı birləşmələrini “polis” kimi təqdim etməsi və dolayısı yolla onların Azərbaycan ərazilərində təxribatlarına haqq qazandırması qəbuledilməzdir”, - Azərbaycan XİN-in spikeri Ayxan Hacızadə bəyan edib.
Hacızadənin sözlərinə görə, Fransa tərəfi anlamalıdır ki, Ermənistan tərəfinin Laçın yolunda etirazları bəhanə gətirərək alternativ yollardan istifadə etməklə qeyri-qanuni hərbi fəaliyyəti davam etdirməyə cəhd göstərməsi beynəlxalq öhdəliklərin kobud şəkildə pozulmasıdır.
“Bir daha xatırladırıq ki, Ermənistan tərəfinin davam edən təxribatlarının qarşısının alınması, öhdəliklərinə zidd olaraq Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri ilə mübarizə, o cümlədən silah, sursat və minaların Azərbaycanın suveren ərazilərinə daşınmasına və istifadə edilməsinə imkan verilməməsi məqsədilə bütün zəruri addımları atmaqda qərarlıdır və bu ölkəmizin suveren hüququdur”, - Hacızadə bildirib. **
B.Rüstəmbəyov
“AzerGold” $20 milyon məbləğində istiqraz sahiblərinə faiz ödənişlərini sona çatdırıb
XİN-də qanvermə aksiyası keçirilib
DTA: Azərbaycan 2024-cü ildə ölkəyə turist axının 20% artımını gözləyir
Peskov: Qarabağda ermənilərin Ermənistana köçmək istədikləri üçün günahkar axtarmaq lazım deyil
Ermənistan müdafiə sahəsinə büdcə xərclərini artırır
Türkiyə və Ermənistan XİN başçıları regiondakı vəziyyəti müzakirə ediblər
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank və Enabling Qapital Ltd ilə daha bir kredit müqaviləsi imzalayıb
AccessBank mebel təchizatı üzrə tender elan edir.
DTA «Xınalıq və Köç yolu» Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğuna mediatur təşkil edib
Dekabrda Bakıda ilk dəfə İstehsal Texnologiyaları Sərgisi keçiriləcək
Zəngilanda və Bakıda II Şəhərsalma Forumu keçiriləcək
Sentyabrın 26-da Bakıda TDT-nin Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı keçiriləcək
“Ermənisayağı aclıq oyunları”nın siyasi prokatda iflası
Yaşıl Kart Sistemi çərçivəsində 2021-2022-ci illər üzrə müqaisə və nəticələr