2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 5.9% artaraq 5176.9 milyon kVt•st təşkil edib. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Yanvar-fevral aylarında operativ məlumatlara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 5176.9 milyon kVt•st olub. İES-lər üzrə 4 milyard 998.8 milyon kVt•st (bütün istehsalın 97%-i), bərpa olunan mənbələrdən 178.1 milyon kVt•st elektrik enerjisi (istehsalın 3%-i) istehsal edilib”, – deyə nazir “Twitter”də yazıb.
Bərpa olunan enerji mənbələrinin strukturunda 121,6 milyon kVt•st su elektrik stansiyalarının, 9,1 milyon kVt•st külək elektrik stansiyalarının, 8,4 milyon kVt•st günəş elektrik stansiyalarının, 39 milyon kVt•st isə Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun payına düşüb.
Şahbazov vurğulayıb ki, cari ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 840,1 milyon kVt•st (+70,2% - İF-Az), idxalı isə 21 milyon kVt•st (-1,9%) olub.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 2021-ci illə müqayisədə 4% artaraq 28 988,5 milyon kVt•st, ixracı 3 milyard 3,8 milyon kVt•st (artım 79,5%), idxalı isə 137,1 milyon kVt•st (azalma 9,6%) olub.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət